Almaniya könüllü hərbi xidmət proqramını tətbiq edəcək

Almaniya ehtiyat qüvvələri gücləndirmək və müdafiə qabiliyyətini artırmaq üçün altı aylıq könüllü hərbi xidmət proqramı tətbiq etməyə hazırlaşır.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Yetərli sayda könüllü olmasa, məcburi çağırış tətbiq oluna bilər.
Müdafiə naziri Boris Pistorius ordunun sayını 180.000-dən 260.000-ə, ehtiyat hərbçilərin sayını isə 100.000-dən ikiqat artırmaq istəyir.
Qanunun gələn ayın sonunadək qəbul edilməsi, ilk hərbi qulluqçuların isə 2026-cı ilin mayında təlimə başlaması planlaşdırılır.
19:45 06.07.2025
Oxunuş sayı: 702