İranın nüvə böhranının həllində Avropanın rolu çətinləşib

Avropa ölkələri İranın nüvə proqramı ilə bağlı son danışıqlardan kənarda qaldıqdan sonra Yaxın Şərqdə baş verən proseslərdə öz yerlərini bərpa etməyə çalışırlar.
Crossmedia.az bildirir ki, bu barədə “The Guardian” qəzeti məlumat verib.
Məlumata görə, Avropa ölkələri Donald Trampın Tehranın nüvə obyektlərinə son hücumundan sonra İranda vəziyyətin sabitləşdirilməsində daha maraqlı olmadığından ehtiyat edirlər.
Qəzet hazırkı tendensiyanı Avropanın Yaxın Şərqdə təsirinin tədricən azalmasının əlaməti kimi qiymətləndirib.
19:10 06.07.2025
Oxunuş sayı: 768