Fələstində yeni “Xəlil Əmirliyi” yaradılması təklif olunur

Əl-Xəlildən (Hebron) şeyx Əşrəf Cəbari başda olmaqla bir qrup fələstinli lider İsraillə uzunmüddətli birgəyaşayışı nəzərdə tutan yeni sülh təşəbbüsü irəli sürüb.
Crossmedia.az xəbər verir ki,bu barədə “Wall Street Journal” məlumat verib.
Plan çərçivəsində, HƏMAS və Fələstin Muxtariyyətindən asılı olmayan, tayfa rəhbərliyi ilə idarə olunan yarı-muxtar bir “Xəlil Əmirliyi” yaradılması təklif olunur.
Bu model Körfəz ölkələrinə bənzər şəkildə iqtisadi əməkdaşlığı təşviq edəcək və ABŞ, Misir, İordaniya və Körfəz ölkələri tərəfindən dəstəklənəcək.
Tərəfdarlar iddia edirlər ki, hazırkı fələstinli rəhbərlik uğursuz olub və yalnız praqmatik, yerli idarəçilik sabitlik və sülh gətirə bilər.
17:34 06.07.2025
Oxunuş sayı: 893