Putin: “ABŞ-lə tarixən yaxşı münasibətlərimiz olub”

Rusiya Prezidenti Vladimir Putin ABŞ-lə ölkəsi arasında tarixi dostluq münasibətlərindən danışıb. O, rusiyalı televiziya aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiya və ABŞ uzun müddət ərzində yaxşı və xüsusi münasibətlərə malik olublar.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
“Biz ABŞ-nin Böyük Britaniyadan müstəqillik uğrundakı mübarizəsini dəstəkləmişik. Onlara silah və maddi yardım göstərmişik,” deyə Putin bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, Şimal ilə Cənub arasındakı vətəndaş müharibəsində də Rusiya ABŞ-nin şimalını dəstəkləyib: “Yəni biz tarixin müxtəlif dönəmlərində ortaq maraqlar və bizi birləşdirən məsələlər tapmışıq.”
Putin bu fikirlərlə Rusiya ilə ABŞ arasında əvvəllər mövcud olan əməkdaşlıq ruhuna diqqət çəkib.
Nigar Rəhimova
16:48 06.07.2025
Oxunuş sayı: 888