Rusiya xarici işlər nazırı Braziliyaya gedib

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov BRİKS sammitində iştirak etmək məqsədilə Braziliyanın Rio-de-Janeyro şəhərinə səfər edib.
Crossmedia.az xəbər verir ki, Lavrov 6-7 iyul tarixlərində keçiriləcək tədbirdə Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. Sammit çərçivəsində iştirakçı ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunması gözlənilir.
13:17 06.07.2025
Oxunuş sayı: 732