Netanyahu Qətərin təklifi əsasında danışıqların davamına razılıq verib

İsrail hökuməti HƏMAS-ın Qətərin vasitəçiliyi ilə təqdim olunan atəşkəs və girovların azad edilməsi təklifinə dəyişiklik etməsini qəbul etmir. Buna baxmayaraq, Baş nazir Benyamin Netanyahu yaxın formatda danışıqlara başlamağa razılıq verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Netanyahunun ofisi bununla bağlı açıqlama yayaraq, İsrailin razılıq verdiyi ilkin Qətər təklifi əsasında girovların azad olunması istiqamətində danışıqların davam etdiriləcəyini bildirib. Məlumata görə, İsrail danışıqlar heyəti sabah Qətərə yola düşəcək.
Qeyd edək ki, Qətər ABŞ və Misirlə birlikdə İsrail və HƏMAS arasında vasitəçi kimi çıxış edir. Danışıqların əsas mövzusu atəşkəsin əldə olunması və Qəzzada saxlanılan israilli girovların azad edilməsidir.
11:00 06.07.2025
Oxunuş sayı: 773