Təlat Paşanın adı Ermənistanla sərhəd-keçid məntəqəsinə verilə bilər

Türkiyənin İYİ Partiyasının millət vəkili Müsavat Dərvişoğlu Ermənistanla sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, təqdim edilən qanun layihəsində Əlican sərhəd-keçid məntəqəsinin adının “Təlat Paşa” ilə əvəzlənməsi təklif olunur. Layihəyə əsasən, bu addım həm tarixi yaddaşın qorunması, həm də milli kimliyin gücləndirilməsi məqsədi daşıyır.
Qeyd olunur ki, qanun layihəsini ümumilikdə 28 deputat imzalayıb. Layihənin parlament müzakirəsinə çıxarılması və səsverməyə təqdim edilməsi gözlənilir. Təklif ictimaiyyət və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
09:35 06.07.2025
Oxunuş sayı: 871