Berlin Yaşıllar Partiyası dondurma qiymətlərinə tavan qoyulmasını təklif etdi

Berlin Yerli Parlamentində təmsil olunan Yaşıllar Partiyası şəhərdə dondurma qiymətlərinə tavan məhdudiyyəti tətbiq olunmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Son günlər Almaniyada müşahidə olunan kəskin isti hava şəraiti Berlində havanın temperaturunun 37 dərəcəyə qədər yüksəlməsinə səbəb olub. Lakin şəhər əhalisinin təxminən 17 faizini təşkil edən aşağı gəlirli ailələrin bu istidə sərinləmək üçün dondurma almağa maddi imkanı çatmadığı bildirilir. Qeyd olunur ki, paytaxtdakı bəzi kafelərdə bir top dondurmanın qiyməti 2.90 avroya (təxminən 3.40 ABŞ dolları) qədər yüksəlib.
Yaşıllar Partiyasının üzvləri aşağı gəlirli ailələrdən olan uşaq və yeniyetmələr üçün bir top dondurmanın qiymətinin maksimum 50 sent (təxminən 0.60 dollar) olması ilə bağlı təklif irəli sürüblər.
Məlumata görə, bəzi kafe sahibləri partiyanın bu təklifini müzakirəyə açıq olduqlarını bildiriblər.
Mədinə Cəlilova
22:20 05.07.2025
Oxunuş sayı: 769