NASA astronavtı Meksika üzərində “sprite” ildırımını görüntülədi

NASA astronavtı Nikoul Ayers Beynəlxalq Kosmik Stansiyadan (ISS) Meksika üzərindəki fırtına zamanı nəhəng “sprite” ildırım hadisəsinin nadir görüntüsünü çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə NASA məluma yayıb. “Sprite” adlanan bu nadir atmosfer hadisələri, elmi dildə “Keçici Parlaq Hadisələr” (Transient Luminous Events) kimi tanınır və buludların üzərində, şimşəklərin yaratdığı güclü elektrik boşalmaları nəticəsində formalaşır.
Yer atmosferinin yuxarı qatlarında baş verən bu hadisələr olduqca qısa müddətli və zəif görünən olduqları üçün onların görüntülənməsi nadir hal sayılır. Ayersin çəkdiyi bu görüntü, “sprite” ildırımlarının unikal və təsirli təbiətini bir daha sübut edir.
04:00 06.07.2025
Oxunuş sayı: 1023