BRICS sammitində əsas mövzular Ukrayna və sülh olacaq

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Braziliyaya səfəri ərəfəsində Rio-de-Janeyroda keçiriləcək BRICS sammitində geosiyasi məsələlər və böyük böhranların, o cümlədən Ukrayna vəziyyətinin müzakirə olunacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Ramafosa vurğulayıb ki, İsrail ilə İran arasında, eləcə də Rusiya və Ukrayna arasında sülhün təmin olunması vacibdir. O, müharibələrin sadə insanlara əzab verdiyini və infrastrukturun dağıdılmasının əlavə çətinliklər yaratdığını qeyd edərək, bu döyüşlərin dayandırılmasının zəruriliyini vurğulayıb.
Nigar Rəhimova
18:15 05.07.2025
Oxunuş sayı: 1042