Pezeşkian: "Bəziləri Azərbaycana səfərimin təhlükəli ola biləcəyini deyirdilər..."

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan səfəri öncəsi üzləşdiyi təzyiqlər barədə danışıb. Onun sözlərinə görə, bəzi dairələr İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitində iştirak üçün Bakıya səfərin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bəziləri deyirdilər ki, bu səfər müəyyən təhlükələrlə müşayiət oluna bilər və yolda problemlər yaşana bilər”, – o bildirib.
Lakin dövlət başçısı vurğulayıb ki, səfər tam təhlükəsiz şəkildə baş tutub: “Şükür Allaha, necə ki, yola düşərkən heç bir problem olmadı, eləcə də geri dönüşümüz tam sülh və təhlükəsizlik şəraitində baş verdi”, – Pəzeşkiyan qeyd edib.
Fatimə Məmmədova
15:20 05.07.2025
Oxunuş sayı: 944