Yeni sanksiyalar Rusiya iqtisadiyyatının “ürəyinə” zərbə vuracaq

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin tətbiqi üzrə son mərhələyə keçib. Onun sözlərinə görə, bu dəfəki sanksiyalar paketi Rusiya iqtisadiyyatının “ürəyinə” zərbə vuracaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Ursula fon der Lyayen yeni paket çərçivəsində Rusiya iqtisadiyyatının əsas sektorlarını hədəfə alan ciddi məhdudiyyətlərin nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, Avropa İttifaqı bu sanksiyalarla Rusiyanın iqtisadi imkanlarını daha da zəiflətmək və Ukraynada apardığı müharibənin maliyyə resurslarını məhdudlaşdırmaq istəyir.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, 18-ci sanksiyalar paketi Rusiyanın kritik texnologiyalara çıxışına mane olmaq, enerji və maliyyə sahələrini zəiflətmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu tədbirlər həmçinin Rusiyanın müharibə maşınının işləməsinə birbaşa təsir edəcək.
Fon der Lyayen Aİ-nin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb və Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini qeyd edib.
Fatimə Nəbiyeva
13:30 05.07.2025
Oxunuş sayı: 1631