HƏMAS: Atəşkəs və girovlarla bağlı danışıqlara dərhal başlamağa hazırıq

HƏMAS hərəkatı Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı vasitəçilərin son təklifinə müsbət cavab verdiyini açıqlayıb. Hərəkat bildirir ki, bu cavab Fələstin fraksiyaları və qüvvələri ilə aparılan məsləhətləşmələrdən sonra verilib və Qəzza xalqına qarşı təcavüzün dayandırılmasına yönəlib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
HƏMAS əlavə edib ki, ABŞ-nin vasitəçiliyi ilə hazırlanan bu çərçivə razılaşmasının həyata keçirilməsi mexanizmlərinin müzakirəsi üçün dərhal yeni danışıqlar raunduna başlamağa tam ciddiyyətlə hazırdır. Hərəkat bu mövqeyini vasitəçilərə də çatdırıb.
Qeyd edək ki, HƏMAS-ın bu addımı uzun müddətdir davam edən münaqişədə diplomatik həll yollarının axtarışında mühüm mərhələ kimi qiymətləndirilir. Hərəkat danışıqlara açıq olduğunu vurğulayaraq, Qəzzada zorakılığın dayandırılmasını və regional sabitliyin təmin olunmasını prioritet sayır.
10:10 05.07.2025
Oxunuş sayı: 1566