Meloni: Vaşinqton Kiyevə silah tədarükündən imtina etməyib

İtaliya Baş Naziri Cüzeppe Meloni Vaşinqtonun Kiyevə silah tədarükündən imtina etmədiyini açıqlayıb. O, ABŞ-nin yalnız bəzi komponentlərin tədarükü ilə bağlı qərarını yenidən gözdən keçirdiyini bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Meloni həmçinin şəxsi səviyyədə ABŞ prezidenti Donald Trampla danışdığını qeyd edib. Onlar Ukrayna və ticarət rüsumları məsələlərini müzakirə ediblər. Baş nazir bu mövzularda müsbət irəliləyişlərin olacağına ümid etdiyini vurğulayıb.
Fatimə Nəbiyeva
09:25 05.07.2025
Oxunuş sayı: 973