Lavrovdan ABŞ-ə “Amerika arzusu” mesajı: Müstəqillik Günü münasibətilə təbrik

Rusiya Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-nin Müstəqillik Günü münasibətilə rəsmi təbrik ünvanlayıb və iki ölkə arasında əməkdaşlığın inkişafına dair mesaj verib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, Lavrov Moskvanın “ABŞ-nin birliyi və Amerika arzularının reallaşmasını dəstəkləməyə davam etdiyini” bildirib.
Lavrov, ABŞ ilə münasibətləri konstruktiv, qarşılıqlı hörmətə əsaslanan, sabitlik və proqnozlaşdırıla bilən yanaşma üzərində qurmaq istədiklərini vurğulayıb:
“İkili münasibətləri tarixi, coğrafi və sahədəki reallıqlarla formalaşan milli maraqları nəzərə alaraq daha da inkişaf etdirməyə ümid edirik”.
Qeyd edək ki, bir gün öncə Rusiya Prezidenti Vladimir Putin də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ABŞ-nin Müstəqillik Gününü təbrik etmişdi.
Mədinə Cəlilova
22:25 04.07.2025
Oxunuş sayı: 879