İsrail ordusu Kermanşahda hərbi infrastruktura zərbələr endirir

İsrail hərbi hava qüvvələri İranın Kermanşah şəhərində yerləşən hərbi infrastruktura zərbələr endirir. Bu barədə “Times of Israel” xəbər verir.
İsrail Müdafiə Qüvvələri hansı hərbi obyektlərə zərbələrin endirildiyini və əməliyyatın gedişatı barədə hələlik məlumat vermir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.
09:45 23.06.2025
Oxunuş sayı: 788