Naxçıvanda su xəttində qəza baş verib

Naxçıvan şəhərinin bir sıra küçə və məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.
Crossmedia.az xəbər verir ki, qəza şəhərin Qoçüstü məhəlləsini, B.Abbasov küçəsini, Çənlibel məhəlləsini, Tumbul kəndi və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.
Qəzanın aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək. (azərtac)
13:23 18.06.2025
Oxunuş sayı: 505