Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq
İsrail Prezidenti İshaq Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə İshaq Hersoq sosial media hesabında paylaşım edib.
"Regionumuzda İsrailin mühüm tərəfdaşı olan Azərbaycana indicə gəldim. Dostum, Prezident İlham Əliyevlə görüşməyi və Bakıda Asiyanın müxtəlif ölkələrinin liderləri ilə birlikdə AQEM sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm",- o bildirib.
17:09 14.10.2026
Oxunuş sayı: 63