Goranboyda ağır yol qəzası: 5 nəfər yaralanıb
Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində baş verən avtomobil qəzasında beş nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, "Chevrolet" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır. (Report)
16:03 14.10.2026
Oxunuş sayı: 52