Tramp: “Putin də İsrail-İran müharibəsinin başa çatmasını istəyir”

“Putin də İsrail-İran müharibəsinin bitməsini istəyir”.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra açıqlayıb.
“Söhbət zamanı Putin də mənim kimi İsrail-İran müharibəsinin bitməli olduğunu düşündüyünü dedi. Mən isə ona Ukrayna ilə müharibənin də sona çatmalı olduğunu bildirdim”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinə dair danışıq zamanı tərəflərin planlaşdırılan məhbus mübadiləsinə hazır olduqlarını və qarşılıqlı şəkildə bir çox məhbusun dərhal dəyişdiriləcəyini də vurğulayıb.
Tramp həmçinin bildirib ki, Ukrayna ilə bağlı detallı müzakirə aparılmasa da, razılaşdırılmış addımların atılması istiqamətində proses davam edir.
02:59 15.06.2025
Oxunuş sayı: 925