Polşalı deputat Ukrayna ordusunun ağır vəziyyətdə olduğunu bildirib
Ukrayna ordusunun vəziyyətinin ağır olduğu və cəbhədə ciddi itkilərlə üzləşdiyi iddia edilib.
Crossmedia.az xəbər verir ki, polşalı deputat və professor Andjey Zapałovski “Do Rzeczy”yə müsahibəsində bu barədə danışıb.
Zapałovski Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun orduya yeni şəxslərin cəlb edilməsi ilə bağlı açıqlamasının Ukrayna qüvvələrinin vəziyyətinin ağır olduğunu göstərdiyini bildirib. Onun sözlərinə görə, Budanov Ukraynanın hər ay ölən və yaralananlar da daxil olmaqla 30 min hərbçi itirdiyini açıqlayıb.
Polşalı deputat həmçinin Ukraynada mülki şəxslərin məcburi şəkildə orduya cəlb edilərək cəbhəyə göndərildiyini iddia edib.
Zapałovski bildirib ki, bu şəxslərin döyüşə göndərilməsi onların döyüşmək motivasiyasına təsir göstərə bilər. O, belə vəziyyətdə həmin şəxslərin ilk fürsətdə döyüşü dayandırmağa çalışacağını irəli sürüb.
Qeyd edək ki, Zapałovski daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətinin Polşanı müharibəyə cəlb edə biləcəyi barədə fikirlər səsləndirib.
22:22 19.09.2026
Oxunuş sayı: 46