İsrail BƏƏ vasitəsilə İrana nüvə danışıqlarına qayıtmaq çağırışı edib

İsrail Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəsilə İrana müraciət edərək, ABŞ ilə nüvə danışıqlarına yenidən başlamağı və zənginləşdirmənin sıfır səviyyədə olduğu nüvə sazişini qəbul etməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə regional diplomatik mənbələr məlumat yayıb.
Bildirilib ki, İsrailin son hücumlarının əsas məqsədi İranı nüvə proqramını tamamilə dayandırmağa məcbur etmək və danışıqlara dönməsini təmin etmək olub.
İran isə öz növbəsində bölgədəki bir ölkə (böyük ehtimalla BƏƏ) vasitəsilə İsrailə mesaj göndərərək, hazırda nə birbaşa, nə də dolayı yolla ünsiyyət qurmayacağını, müharibənin davam etdiriləcəyini və daha genişmiqyaslı cavabların istisna olunmadığını bildirib.
Bölgədə gərginliyin daha da artdığı bir vaxtda bu mesajlar münaqişənin diplomatik yolla həllinin nə qədər çətin olduğunu bir daha ortaya qoyur.
Aybəniz Səfərova
22:11 14.06.2025
Oxunuş sayı: 878