Rusiya İran və İsrail arasında vasitəçi ola bilər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Belə ki, danışıq 50 dəqiqə davam edib. Putin Trampı doğum günü münasibətilə təbrik edib. Həmçinin, Rusiya lideri İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyib və Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirib. Bundan əlavə, tərəflər İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası ehtimalını da müzakirə ediblər.
Fatimə Məmmədova
21:32 14.06.2025
Oxunuş sayı: 869