Berlində ukraynalı şəxs milliyətinə görə bıçaqlanıb

Berlində bir ukraynalıya milliyətinə görə bıçaqlı hücum olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, səhər saatlarında ukraynalı bir şəxs parkda itini gəzdirirmiş və ona ukraynaca komandalar verirmiş.
Bunu eşidən iki naməlum şəxs ona yaxınlaşaraq milliyyətini soruşub. O, ukraynalı olduğunu deyəndə, naməlum şəxslərdən biri həmin adamı qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hücum edənlər axtarılır.
Pərvin Hacıyeva
20:57 14.06.2025
Oxunuş sayı: 1070