Türkiyədə zəlzələ baş verib

Türkiyənin Adana vilayətində zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi rəsmi açıqlama yayıb.
Bildirilib ki, yeraltı təkanlar Adananın Kozan rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5 bal, dərinliyi isə 6,48 kilometr olub.
Təkanlar Bakı vaxtı ilə vaxtla saat 19:39-da baş verib.
Hadisə ilə bağlı xəsarət və dağıntı barədə məlumat verilməyib.
20:05 14.06.2025
Oxunuş sayı: 753