İran: Tehran-Vaşinqton danışıqları ləğv edilib

İran və ABŞ arasında bu bazar günü Oman Sultanlığının paytaxtı Maskatda keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyanatla çıxış edib.
Nazirlik rəsmisinin sözlərinə görə, danışıqların ləğvinin əsas səbəbi bölgədəki gərgin hərbi vəziyyət və ABŞ-ın İsrailin İrana qarşı hücumlarına verdiyi dəstəkdir:
“Hazırkı şəraitdə əsas diqqətimiz düşmənin hücumlarına qarşı dayanmaqdır. Diplomatiya və sülh iddialarına baxmayaraq, ABŞ ‘sionist rejimin’ təcavüzünü, o cümlədən İranın dinc nüvə obyektlərinə qarşı hücumlarını dəstəkləyib. Bu isə Vaşinqtonu təcavüzkarın əsas dəstəkçisi və tərəfdaşına çevirir”, – deyə Bəqai bildirib.
O, bu cür vəziyyətdə ABŞ-la danışıqların heç bir məna daşımadığını vurğulayıb:
“İran xalqına qarşı hücumlar dayandırılmadan, belə bir tərəflə dialoqa girmək mənasızdır”.
17:58 14.06.2025
Oxunuş sayı: 1071