İran: “Müharibə yeni mərhələyə keçir, cavablarımız sərt olacaq”

İranın düşmənə qarşı irimiqyaslı zərbələri davam edəcək.
Crossmedia.az bu barədə, Fars xəbər agentliyinə istinadən xəbər verir.
Agentliyin siyasi müxbirinin verdiyi məlumata görə, yüksək rütbəli hərbi komandirlərə istinadən məlumatlı mənbə deyib:
"Sionist rejimin təcavüzü nəticəsində başlayan müharibə yaxın günlərdə bu rejimin işğal etdiyi bütün əraziləri, eləcə də Amerikanın regiondakı bazalarını bürüyəcək. Təcavüzkarlar İranın sərt və genişmiqyaslı cavabı ilə üzləşəcəklər".
"Bu qarşıdurma dünənki məhdud hərəkətlərlə bitməyəcək və İranın zərbələri davam edəcək", - agentlik adı açıqlanmayan rəsmidən sitat gətirir. “Və bu hərəkətlər təcavüzkarlar üçün çox ağrılı və bezdirici olacaq”.
13:55 14.06.2025
Oxunuş sayı: 1193