İran ordusunda yenilik: Xameneyi orduya iki azərbaycanlı general təyin etdi

İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyi ölkənin hərbi strukturlarında mühüm dəyişikliklər edib.
Crossmedia.az xəbər verir ki, İran mediasının məlumatına görə, keçmiş SEPAH komandanlarından olan 73 yaşlı general Yahya Rəhim Səfəvi ordu korpusları arasında koordinasiya üzrə məsul şəxs təyin olunub.
Səfəvi hazırda həm də Xameneinin hərbi müşaviri kimi fəaliyyət göstərir. O, İsfahanda azərbaycanlı ailəsində dünyaya gəlib və bəzi məlumatlara görə, məşhur Səfəvi hökmdarı Şah Abbasın nəslindəndir.
Bundan əlavə, Əmir Hətəmi İran ordusunun yeni baş komandanı təyin olunub. Zəncan şəhərində doğulan və milliyətcə azərbaycanlı olan Hətəmi, əvvəllər müdafiə naziri vəzifəsini icra edib.
Yeni təyinatlar İranın ali hərbi rəhbərliyində azərbaycanlı generalların rolunun artdığını göstərir.
23:20 13.06.2025
Oxunuş sayı: 4492