Netanyahu: “İranın nüvə proqramını məhv etmək əmri əlimdədir”

İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı son gərginlik fonunda bəyanatla çıxış edib. O bildirib ki, Tehranın cavab hücumuna qarşı hazır olmaq lazımdır.
Crossmedia.az xəbər verir ki, Netanyahu açıqlamasında qeyd edib:
“Təcili əməliyyata ehtiyac var idi. Bu əməliyyat 2024-cü ilin noyabrında yüksək səviyyəli təhlükəsizlik rəsmilərinə verdiyim göstərişə əsaslanır. Hazırda o göstəriş mənim əlimdədir – İranın nüvə proqramını məhv etmək əmri”.
O, əlavə edib ki, bu əmr Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən az sonra verilib.
“Mənə və başqalarına aydın idi ki, İsrailin məhvi üçün əsas olan İran cəbhəsi dağılandan sonra Tehran sürətlə nüvə proqramını inkişaf etdirməyə başlayacaq. Baş verənlər də bunu təsdiqləyir”, – deyə Netanyahu bildirib.
23:00 13.06.2025
Oxunuş sayı: 2066