Yaxın Şərqdə gərginlik artır: İran İsrailə ballistik raket atmağa hazırlaşır

CNN-in məlumatına görə, İran İsrailə qarşı 100-dən çox ballistik raket atmağa hazırlaşır. Reuters isə bildirir ki, İranın cavab zərbələri yaxın saatlarda həyata keçirilə bilər.
Crossmedia.az xəbər verir ki, “ABC News”a danışan İsrail hərbi rəsmisi qeyd edib ki, İsrailin İrana qarşı cavab hücumları günlərlə, bəlkə də həftələrlə davam edə bilər.
Reutersin başqa bir məlumatına görə, İsrail ordusunun sözçüsünün canlı yayımlanan mətbuat konfransı İranın gözlənilən hücumu səbəbilə yarımçıq dayandırılıb.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır və yeni qarşıdurmaların baş verməsi ehtimalı yüksək qiymətləndirilir.
22:30 13.06.2025
Oxunuş sayı: 3353