Putin: “Rusiya İranın nüvə proqramı ilə bağlı sülh yolu ilə həllə dəstək verib”

Rusiya Prezidenti Vladimir Putin iranlə həmkarı Məsud Pəzeşkiyanla telefon danışığında bildirib ki, Rusiya İranın nüvə proqramı ətrafında yaranan vəziyyətin sülh yolu ilə həllini hər zaman dəstəkləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda qeyd olunub.
Putin, həmçinin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Fatimə Məmmədova
21:51 13.06.2025
Oxunuş sayı: 4086