Xameneyi: “İranın cavabı sərt və gecikməz olacaq – yeni mərhələ başlayıb”

İranın ali lideri Ayətullah Əli Xameneyi ölkə xalqına müraciət edərək, İsrailə qarşı sərt bəyanatla çıxış edib.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, İran silahlı qüvvələri “yaramaz sionist rejimə” qarşı güc yolu ilə hərəkətə keçəcək və bu rejimi süquta uğradacaq.
“İslam Respublikasının silahlı qüvvələri iyrənc sionist rejimə qarşı bütün gücü ilə çıxacaq və onu məhv edəcək. Sionist rejim bu dəhşətli cinayətdən cəzasız xilas olmayacaq”, – deyə Xameneyi bəyan edib.
Ali lider İran xalqını əmin edib ki, bu məsələdə heç bir rahatlama, gecikmə və ya geri çəkilmə olmayacaq:
“İran xalqı bilməlidir ki, bu sadəcə başlanğıcdır. Gecə təkcə İrana qarşı zərbələr yox, həm də İsrailə raket zərbələri vəd edir. Qəhvə ehtiyatı toplayın. Cavab çox qısa zamanda və tam adekvat olacaq”.
Xameneyi bölgədə yeni reallıqların formalaşdığını vurğulayıb və İranın artıq geri çəkiləcək yerinin qalmadığını bildirib:
“Bu gün İran tarixində həm çətin, həm də şərəfli bir gündür. Biz bütün şəhidlərimizi ehtiramla anırıq və onların qanını yerdə qoymayacağıq”.
Ayətullah Xameneyinin bu açıqlamaları bölgədə gərginliyin daha da artacağına dair narahatlıqları artırıb.
21:45 13.06.2025
Oxunuş sayı: 2768