İsrail Şərqi Azərbaycan vilayətinə zərbə endirib: Ölən və yaralananlar var

İsrailin İranın Şərqi Azərbaycan vilayətinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb, azı 35 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi vilayətin fövqəladə hallar idarəsinə istinadən məlumat verib.
"Hücumlar nəticəsində 18 vətəndaş həlak olub, 35-i yaralanıb", - agentliyin məlumatında deyilir.
Yerli mətbuat daha əvvəl İsrailin Tehranın yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 78 nəfərin öldüyünü, 329 nəfərin isə yaralandığı haqda məlumat yaymışdı.
21:10 13.06.2025
Oxunuş sayı: 992