“Azərbaycan adının yazılışı dəyişdirilsin” – Alimdən maraqlı təklif

Ölkə adının bütün dünyada vahid şəkildə yazılıb səslənməsi milli kimliyin qorunması və beynəlxalq tanınma baxımından önəmlidir. Bu, ölkənin adının səhv və ya fərqli yozulmasının qarşısını alaraq, diplomatik və iqtisadi münasibətlərdə aydınlıq yaradır. Vahid forma həm rəsmi sənədlərdə, həm də mediada eyni standartların tətbiqinə imkan verir. Nəticədə, beynəlxalq səviyyədə ölkənin mövqeyi və nüfuzu daha da möhkəmlənir.
Almaniyada qazanılmış "Doktor-mühəndis" elmi dərəcəli, Azərbaycan əsilli alman mühəndisi, Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı İdarə Heyətinin sədri, Baltic Net cəmiyyətinin İH sədri, t. e. d, professor Yaşar Musayev öz "Facebook" hesabında ölkəmizin adının beynəlxalq səviyyədə vahid şəkildə yazılıb səslənməsi üçün təklif irəli sürüb.
Crossmedia.az olaraq paylaşımı təqdim edirik:
“Dünyanın 100-dən artıq ölkəsində peşəmlə əlaqədar olarkən əlbəttə ki, Vətənimiz Azərbaycanın adının necə səsləndiyini və yazıldığını sadəcə olaraq maraqlanmışam. Əlbəttə Bu müxtəlif dillərdə müxtəlif yazılır və səslənir. Səhf etmirəmsə, Qardaş Türkiyə təxminən 2 il öncə uyğun məsələdə (problemdə) Parlament səviyyəsində qərar qəbul etdi ki, “Türkiyə” bütün ölkələrdə və dillərdə eyni yazılıb, eyni səslənsin. Mənim təklifim də bizim “Milli Məclisə” və “Dilçilik institutlarına” Azərbaycanın dünyanın bütün ölkələrində və dillərində eyni (uyğun) yazılması (Azərbaycan) və səslənməsidir. Zənnimcə bunun təkcə tarixi, elmi-orfoqrafiq deyil, həm də çox vacib ictimai, iqtisadi (məs. rəsmi protokol müqavilələri) və siyasi əhəmiyyəti olar. Görək uyğun qurumlar təklif haqda nə düşünürlər?”
Fatimə Nəbiyeva
19:50 10.06.2025
Oxunuş sayı: 2869