Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlanıb

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.
Crossmedia.az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.
11:35 07.06.2025
Oxunuş sayı: 980