FHN zəlzələ ilə bağlı məlumat yaydı

Bu gün yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
17:25 05.06.2025
Oxunuş sayı: 987