Ülvi Mehdiyev: Azərbaycanın "ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

Qısa müddət ərzində seneqallı tərəfdaşlarla münasibətlərimiz quruldu. Biz böyük məmnuniyyətlə Azərbaycanın "ASAN xidmət" təcrübəsini seneqallı tərəfdaşlarımızla paylaşacağıq və bundan məmnunluq duyuruq.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliklə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Ülvi Mehdiyev qeyd edib ki, Azərbaycanın "ASAN xidmət" modeli dövlət islahatları sahəsində BMT tərəfindən də yüksək qiymətləndirilib: "Artıq 30-a yaxın ölkədə Azərbaycanın "ASAN xidmət" təcrübəsi öyrənilir. Seneqal Afrika materikində 16-cı ölkədir ki, onlarla "ASAN xidmət" təcrübəsini paylaşacağıq. Seneqalın dövlət idarəçiliyində islahatlar aparmaq istəyini alqışlayırıq və onlara bu sahədə dəstək verməyə hazırıq",- deyə Ülvi Mehdiyev vurğulayıb.
13:55 03.06.2025
Oxunuş sayı: 1060