Hizbullah SEPAH zabitlərindən Livanı tərk etməyi tələb edib

Hizbullah rəsmiləri İrandan Livanda heç bir SEPAH zabitini saxlamamasını tələb edib. Hizbullahın bu istəyinin səbəbi SEPAH zabitlərinin İsrail tərəfindən qətlə yetirilmə ehtimalından narahatlığıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Tehrana təzyiq göstərmək və Vaşinqtonla Tehran arasında danışıqlar prosesini pozmaq məqsədi ilə sui-qəsdlər ola bilər. İsrailin baş naziri Benyamin Netanyahu ötən günlərdə İranın nüvə proqramının irəliləməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd olunub ki, hazırda SEPAH zabitləri ciddi təhlükəsizlik tədbirləri altında Livandan kənara köçürülürlər. Bəzi SEPAH komandirləri isə Livanın cənubunda və Beqadan uzaq yerlərdə yaşayırlar.
09:25 16.05.2025
Oxunuş sayı: 693