Tramp İranın Qətər əmirinə təşəkkür etməli olduğunu bildirib

“İran Qətər əmirinə bizim bu ölkəyə hərbi hücumumuzun qarşısını aldığı üçün təşəkkür etməlidir”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp cümə axşamı Dohadan öz ölkəsinə yola düşərkən jurnalistlərə müsahibəsində deyib.
Həmçinin, ABŞ-ın dünyanın ən güclü hərbi texnikasına malik olduğunu qeyd edən Tramp deyib: "Məndən fərqli yol getməyimi istəyən çoxlu sayda insan var. Onlar deyirlər İranı məhv edin!"
09:16 16.05.2025
Oxunuş sayı: 600