Qəzzada ölənlərin sayı 53 mini ötüb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bu günədək Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 53 min nəfəri keçib.
Crossmedia.az xəbər verir ki, Qəzza zolağının Səhiyyə Nazirliyinin yaydığı məlumatda son 24 saat ərzində bölgəyə edilən hücumlarda daha 82 nəfərin öldüyü, 152 nəfərin isə yaralandığı qeyd olunub.
Nazirliyin açıqlamasına əsasən, hücumlar başlayandan indiyədək ümumilikdə 53 min 10 fələstinli həlak olub, 119 min 998 nəfər isə yaralanıb. Bildirilir ki, hələ də minlərlə nəfərin meyiti dağıntılar altında qalır.
Xatırladaq ki, yanvarın 19-da əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu martın 18-dən bəri hücumlarını intensiv şəkildə davam etdirir.
Aybəniz Səfərova
21:37 15.05.2025
Oxunuş sayı: 3362