Türkiyə sərhədlərində terror təşkilatlarının mövcudluğuna dözməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi istər İraqda, istərsə də Suriyada sərhədləri yaxınlığında terror təşkilatlarının varlığını heç bir halda qəbul etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Dövlət başçısı PKK terror təşkilatının öz-özünü buraxması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“PKK-nın özünü buraxmasını ölkəmizi 40 il boyunca sarsıdan bir bəladan qurtulmağın müsbət göstəricisi və bölgədə dayanıqlı sülhün təmininə doğru mühüm addım kimi qarşılayırıq,” – deyə Ərdoğan vurğulayıb.
O əlavə edib ki, PKK-nın silahı yerə qoyması və silahlı fəaliyyətini dayandırması prosesi Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən ciddi nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, Türkiyə lideri həmçinin bildirib ki, bu gün Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş zamanı Rusiya-Ukrayna münaqişəsinin ədalətli sülh yolu ilə başa çatdırılması istiqamətində atılan addımlar da müzakirə edilib.
Xumar Emilqızı
20:34 15.05.2025
Oxunuş sayı: 703