Ukrayna Baş Qərargahı Kursk vilayətində hərbi əməliyyatların sona çatması iddialarını təkzib edib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Rusiya Federasiyasının Kursk vilayətində hərbi əməliyyatların başa çatdığına dair yayılan məlumatları təkzib edib.
Crossmedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Baş Qərargahın açıqlamasında bu iddiaların reallığı əks etdirmədiyi bildirilib. “Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətinin müəyyən ərazilərində müdafiə əməliyyatı davam edir”, — deyə qurumun bəyanatında qeyd olunub.
Açıqlamada, həmçinin Ukrayna qoşunlarının Rusiyanın Belqorod vilayətinin müəyyən bölgələrində də aktiv hərəkətlərini davam etdirdiyi vurğulanıb.
Mədinə Cəlilova
18:27 26.04.2025
Oxunuş sayı: 1145