Türkiyə və Pakistan xarici işlər nazirləri telefon danışığı aparıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı həyata keçirib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıqlar zamanı Pakistan və Hindistan arasında son günlərdə baş verən hadisələr və bölgədəki gərginlik müzakirə olunub. Tərəflər regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Hakan Fidan, Türkiyənin Cənubi Asiyada sülh və sabitliyin bərqərar olmasına verdiyi əhəmiyyəti bir daha ifadə edib və bütün tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb. Məhəmməd İshaq Dar isə Türkiyənin bölgədəki sülh təşəbbüslərinə verdiyi dəstəyə görə təşəkkür edib.
Nazirlər, həmçinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində gələcək planları da müzakirə ediblər.
Mədinə Cəlilova
18:14 26.04.2025
Oxunuş sayı: 1169