Suriya ABŞ-nin sanksiyaların qismən ləğvi üçün irəli sürdüyü şərtlərə cavab verib

Suriya ABŞ-nin irəli sürdüyü şərtlərə yazılı cavab təqdim edib. Rəsmi Dəməşq şərtlərin böyük hissəsinin yerinə yetirildiyini, qalan məsələlər üzrə isə Vaşinqtonla qarşılıqlı anlaşmaya ehtiyac olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamenti Suriyadan cavab aldığını təsdiqləyib və hazırda bu cavabın qiymətləndirildiyini açıqlayıb. ABŞ konkret və ətraflı addımlar atılmasını tələb edir.
Məlumata görə, ABŞ-nin əsas tələbləri sırasında kimyəvi silahların məhv edilməsi, itkin düşmüş amerikalıların taleyinin aydınlaşdırılması və terror qruplarına dəstəyin dayandırılması var.
Zəhra Ağayeva
16:50 26.04.2025
Oxunuş sayı: 975