Zelenski və Tramp danışıqları davam etdirəcək

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıblar,
Crossmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Məlumata görə, komandalar görüşün davamının təşkili üzərində işləyirlər.
"Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - S.Nikiforov bildirib.
O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.
14:47 26.04.2025
Oxunuş sayı: 1146