Pakistan müdafiə naziri: Ordu Hindistana qarşı tammiqyaslı müharibəyə hazırdır

Pakistanın müdafiə naziri Xavadja Asif ölkəsinin Hindistana qarşı tammiqyaslı müharibəyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, əgər Hindistan hücuma keçərsə, Pakistan eyni güclə cavab verəcək və bu, genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu açıqlama Hindistanın idarə etdiyi Kəşmirdə 26 turistin öldüyü hücumdan sonra verilib. Hindistan bu hücumda Pakistanla əlaqəli qrupları günahlandırıb, Pakistan isə bu iddiaları rədd edir.
Məlumata görə, Hindistan hadisəyə cavab olaraq Indus Suları Müqaviləsini dayandırıb, sərhədləri bağlayıb və Pakistan vətəndaşlarına verilən vizaları ləğv edib. Pakistan da Hindistan vətəndaşlarına viza verilməsini dayandırıb, hava məkanını bağlayıb və ticarəti kəsib. Beynəlxalq ictimaiyyət isə tərəfləri maksimum təmkinə çağırır.
Zəhra Ağayeva
16:00 26.04.2025
Oxunuş sayı: 1053