İsrail xalqı ayaqda: "Soyqırımı dayandırın"

İsrailin Qəzzaya davam edən hərbi əməliyyatlarına etiraz edən fəallar Qərbi Qüdsdə müharibə əleyhinə aksiya keçirib.
Crossmedia.az İsrail mətbuatına istinadən xəbər verir ki, “Azad Qüds” hərəkatının çağırışı ilə onlarla israilli fəal Qərbi Qüdsdə toplaşaraq İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumların dərhal dayandırılmasını tələb edib.
Fəallar “Müharibəni dayandırın”, “Atəşkəs indi” və “Soyqırımı dayandırın” şüarları yazılmış plakatlarla aksiya keçirib. Etiraz zamanı İsrail polisi 3 nümayişçini nəzarətə alıb.
Qeyd edək ki, İsrail ordusu 19 yanvarda qüvvəyə minmiş atəşkəsə baxmayaraq, martın 18-də səhər saatlarında Qəzzaya qarşı şiddətli hücumlarını bərpa edib.
Son hücumlarda 2062 fələstinli həyatını itirib. Ümumilikdə isə 7 oktybr 2023-cü ildən bəri Qəzzada həlak olanların sayı 51 min 439-a, yaralananların sayı isə 117 min 416-ya çatıb.
İsrail tərəfi yeni atəşkəs təkliflərini rədd edərək HƏMAS-a qarşı daha genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığını bildirib.
Aybəniz Səfərova
00:30 26.04.2025
Oxunuş sayı: 1009