Trampdan Zelenskiyə çağırış: “Müqaviləni dərhal imzalayın”

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini nadir torpaq elementləri ilə bağlı vacib sənədi imzalamağa səsləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu çağırışını özünün “Truth Social” hesabında paylaşıb.
O, Ukraynanın ABŞ ilə nadir torpaq elementlərinə dair razılaşmanı imzalamaqda gecikdiyini bildirib və bu prosesin sürətləndirilməsini istəyib.
“Ukrayna ABŞ ilə çox vacib nadir torpaqlar sazişi ilə bağlı yekun sənədləri hələ imzalamayıb. Ən azı üç həftə gecikib. Ümid edirəm ki, bu müqavilə dərhal imzalanacaq”, – deyə Tramp sosial hesabında yazıb.
Qeyd edək ki, nadir torpaq elementləri yüksək texnologiyalar, müdafiə sənayesi və enerji sektorunda strateji əhəmiyyət daşıyır. ABŞ bu sahədə Çindən asılılığı azaltmaq məqsədilə alternativ tədarük kanalları axtarır və Ukrayna ilə əməkdaşlıq bu baxımdan önəmli sayılır.
23:46 25.04.2025
Oxunuş sayı: 773