Tramp Xameneyi və ya Pezeşkianla görüşməyə hazırdır

Bu gün "Time" jurnalına müsahibə verən ABŞ prezidenti Donald Tramp deyib ki, İranla birbaşa danışıqlara başlayarsa, ölkənin ali rəhbəri Əli Xameneyi və ya prezident Məsud Pezeşkianla görüşməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, Tramp İranın yüksək səviyyəli liderləri ilə bir araya gəlməyə hazır olub-olmaması barədə suala “mütləq” cavabını verib.
Prezident vurğulayıb ki, İranla razılığa gələcəyini düşünür. O, İsrailin İranın nüvə obyektlərinə hücum planlarını dayandırması barədə xəbərləri təkzib edib, ancaq hərbi əməliyyatdansa, diplomatiyaya üstünlük verdiyini qeyd edib.
23:31 25.04.2025
Oxunuş sayı: 746