Qətər və Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borcunu ödəyəcək

Qətər Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyanın Dünya Bankına olan borcunun ödənilməsinə qatılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriyanın Mərkəzi Bankının rəhbəri Əbdül Qadir Xosri “The New Arab” nəşrinə bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan 15 milyon dollar məbləğindəki borcunun ödənilməsi barədə razılığa gəliblər.
Qeyd edilir ki, bu birgə qərar Suriyanın iqtisadi bərpası yolunda mühüm jest kimi qiymətləndirilir.
Fidan Xəlilova
21:46 25.04.2025
Oxunuş sayı: 718